Əsas səhifə | RSSÇərşənbə axşamı, 19 March 24, 12:17:42

9 saylı məktəb




Menyu
Sorğu
Yenilənmiş saytımız xoşunuza gəlirmi?
Bütün cavablar: 47
Statistika

Hal-hazırda xətdə olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş

Əsas səhifə

1 may 2010-cu ildə məktəbimizdə keçirilmiş "Şairlərlə görüş" tədbirində riyaziyyat müəllimi Rəna müəllimənin ifasında saz havası.



Baxılıb: 5103 | Müəllif: Nurlan_Baba-Zadə | Tarix: 07 March 11 | Şərhlər (2)

Bu il dekabrın 12-si müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət, ulu öndər Heydər Əlirza oğlu Əliyevin vəfat etməsindən 7 il ötür. Respublikamızın hər yerində olduğu kimi Sumqayıt şəhər 9 saylı orta məktəbdə də dekabrın 9-da anım günü yüksək səviyyədə qeyd edildi. Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak edirdi.

Tədbirin təşkilati işlərində yaxından iştirak edən 9ç sinif şagirdləri Məmmədova Könül, Hüseynov Eşqin və Ələkbərov Şahin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun respublikamızda apardığı quruculuq işlərindən danışaraq, şəkil və video süjetlər göstərdilər. Çıxışda göstərildi ki, Azərbaycanın xoşbəxt gələcəyi naminə misilsiz, heç nə ilə müqayisə olunmaz dər ... Davamını oxu »
Baxılıb: 1725 | Müəllif: Nurlan_Baba-Zadə | Tarix: 04 January 11 | Şərhlər (1)


2009-2010-ci ildə 11-ci sinfi bitirən məzunlarımızdan 43 nəfəri bu il ali məktəbə sənəd vermişdi. Onlardan 20-i yəni 47.5 faizi qəbul olmuşdur. Bu isə məktəbimizdə bu il qəbul olanların təxminən yarısı deməkdir.

Bu yüksək nəticədir. Qəbul olanlardan ən yüksək nəticəni Həsənov İlkin Ramazan oğlu göstərmiş və Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur. O, 587 balla qəbul olanların hamısını üstələyib. Biz də öz adımızdan və bütün məktəb kollektivi adından bütün qəbul olan məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq...
Baxılıb: 1333 | Müəllif: Nurlan_Baba-Zadə | Tarix: 04 January 11 | Şərhlər (0)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il "EKOLOGİYA İLİ" elan olunmuşdur.



Bununla bağlı Sumqayıt şəhər 9 saylı orta məktəbdə şagirdlərin rəsm müsabiqəsi keçirildi (2010 - aprel)



Aşağıda adları qeyd olunan şagirdlər fərqləndilər.

I YER:

1. Kərimli Nəriman Akif oğlu - 6b sinif şagirdi.



II YER:

1. Mehdiquliyeva İradə İslam qızı - 7a sinif şagirdi.



... Davamını oxu »
Baxılıb: 1349 | Müəllif: Nurlan_Baba-Zadə | Tarix: 04 January 11 | Şərhlər (0)



8 may 2010-cu il tarixində məktəbimizdə Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 18 illiyi ilə əlaqədar tədbir keçirildi.


Tədbir "Şuşanın dünəni, bu günü və sabahı" başlığı altında tərtib edilmişdi. Burada videomateriallardan, fotolentlərdən istifadə edilmişdi. Həm Ü.Hacıbəyovun, həm Xan Şuşinskinin, həm də Bülbülün canlı lentləri, səsləri bu tədbirə ayrı cür canlılıq gətirmişdi. Bütün bu işlərdə 10c sinif şagirdi Babazadə Nurlanın və 8ç sinif şagirdləri Hüseynov Eşqin və Ələkbərov Şahinin böyük əməyi olmuşdur.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ekranda Ü.Hacıbəyovn "Üvertüra"sının sədaları alt ... Davamını oxu »
Baxılıb: 2573 | Müəllif: Nurlan_Baba-Zadə | Tarix: 04 January 11 | Şərhlər (0)



1 may 2010-cu il tarixdə Biologiya elmləri üzrə fəlsəfə doktoru Nübar Həkimova və Tibb elmləri üzrə fəlsəfə doktoru, şair Hacı Azadə-Taleh Abbasqızının məktəblilərlə görüşü keçirilmişdir.


Nübar Həkimovanın "Azərbaycan-Gürcüstan həmrəyliyi yaddaşlarda" kitabının, Azadə xanımın iə "Dünya, məni tnıdınmı?" kitabının məziyyətləri haqqında gecənin aparıcısı, direktor müavini Faiq Bayrmov məlumat verdi.

8b sinif şagirdlərindən Nübar Məmmədova, Kəmalə Ağayeva, Çinar Quliyeva, Zümrüd Musayeva, 8ç sinfindən Fuad Bəşirli, 4a sinfindən Validə Əkbərova, Günay Bağırova Azadə xnımın şeirlərini ifa etdilər.

Məktəbin riyaziyya müəllimi Rəna Mahmudov ... Davamını oxu »
Baxılıb: 1857 | Müəllif: Nurlan_Baba-Zadə | Tarix: 04 January 11 | Şərhlər (0)

Axtarış
Təqvim
«  Mart 2024  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Xəbər arxivi
Dost saytlar
  • Black Garden

  • Bütün hüquqlar qorunur © 2024