Əsas səhifə | RSSCümə, 26 April 24, 01:31:56

9 saylı məktəb




Menyu
Sorğu
Yenilənmiş saytımız xoşunuza gəlirmi?
Bütün cavablar: 47
Statistika

Hal-hazırda xətdə olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş
Əsas səhifə » 2011 » Yanvar » 4 » Şuşa harayı
08:22:58
Şuşa harayı



8 may 2010-cu il tarixində məktəbimizdə Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 18 illiyi ilə əlaqədar tədbir keçirildi.


Tədbir "Şuşanın dünəni, bu günü və sabahı" başlığı altında tərtib edilmişdi. Burada videomateriallardan, fotolentlərdən istifadə edilmişdi. Həm Ü.Hacıbəyovun, həm Xan Şuşinskinin, həm də Bülbülün canlı lentləri, səsləri bu tədbirə ayrı cür canlılıq gətirmişdi. Bütün bu işlərdə 10c sinif şagirdi Babazadə Nurlanın və 8ç sinif şagirdləri Hüseynov Eşqin və Ələkbərov Şahinin böyük əməyi olmuşdur.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ekranda Ü.Hacıbəyovn "Üvertüra"sının sədaları altında qədim Şuşanın lentləri canlandı. Aparıcılar 10-cu sinif şagirdləri B.Samirə və Q.Rəvanə tədbirə "Darıxmışam sənin üçün, Şuşam mənim" şeiri ilə başladılar. Sonra söz 1c sinif şagirdlərindən S.Ləman, H.Rabil və M.Mirhəbibə verildi. Onlar uşaq olmalarına baxmayaraq, "Şuşa" şeirini yanıqlı sədalarla ifa etdilər. 8c sinif şagirdi gözəlliklər məskəni olan Qarabağı vəsf edən "Cənnət Qarabağ" şeirini söylədi. Ekranda gözəl, füsunkar təbiəti canlandı, Topxana meşəsi, Cıdır düzü, qədim Şuşa, məscidləri konservatoriya, bir-birinn ardınca ürəkləri göynədən gözəlliklər hər kəsi köksünü ötürməyi məcbur etdi. 5b sinif şagirdləri Q.Cəlal, Ə.Nərmin, S.Nərmin, V.Nigar, H.Sənan, Ə.Mirvaqif, H.Nuriyyə, C.Zeynəb və N.Muradxanın kompozisiya şəklində söylədikləri "Qarabağı satan namərd, Necə qıydın bu torpağa?" şeiri zaldakıları kövrəltdi. Şagirdlərin göz yaşları içində söylədikləri bu şeir bizləri qisasa səslədi. 7b sinif şagrdi H.Nuranə Azərbaycanın göz muncuğu Qarabğı vəsf etdi. Q.Nərgiz isə "Şuşanı yuxumda gördüm" şeiri ilə hər kəsi düşünməyə vadar etdi. 4a sinif şagirdi İ.Nərgiz "Şuşanın yolları" şeiri ilə bizləri Şuşaya aparıb çıxardı.

Tədbirdə Şuşanın tarixi, keçmişi haqqında faktları da məktəbin Tarix müəllimləri İ.Rövşən və R.Şahin söylədilər. Bədii hissənin təşkilində Q.Arzu müəllimin əməyi böyük olmuşdur.
Tədbirdə Qarabağ döyüşlərindən fraqmentlər götərildi. Məktəbimizin veteran müəllimləri olan Ə.Afiq, D.Vaqif və Ə.İdris müharibə xtirələrindən danışdılar.

"Güc birlikdədir" - deyib atalar. Düzdür gücümüz vr, ancaq Allah köməyi başımızın üstündən əskik olmasın. 4ç sinif şagirdləri B.Günay və Ə.Validə "Uca Tanrım" şeiri ilə Ulu Yaradanımızı köməyə çağırdılar. 3b sinif şagirdi T.Aytac "Türkün mahnısı" ilə yenilməz türk ordsunun varlığını sübut etmək istədi. 7b sinif şagirdləri H.Hamaya və A.Nərmin, 8ç sinif şagirdləri R.Zeyvə və A.Səbinə "Azadlıq marşı" mahnısını ifa etdilər.

Tədbirin sonuna yaxın ekranda Müstəqil Azərbaycan Respublikasının yenilməz ordusu əsgərlərimizin döyüş ruhu əks olundu.

Məktəbin direktoru K.Sevil, təşkilatçı rəhbər B.Faiq və təlim-tərbiyə işlər üzrə direktor müavini Q.Zəki tədbir haqqında fikirlərini söylədilər.
Oxunulub: 2587 | Əlavə etdi: Nurlan_Baba-Zadə | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2011  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Dost saytlar
  • Black Garden

  • Bütün hüquqlar qorunur © 2024