Əsas səhifə | RSSCümə, 19 April 24, 06:22:31

9 saylı məktəb




Menyu
Sorğu
Yenilənmiş saytımız xoşunuza gəlirmi?
Bütün cavablar: 47
Statistika

Hal-hazırda xətdə olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş
Əsas səhifə » 2011 » Yanvar » 4 » Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir
08:34:35
Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilmişdir

Bu il dekabrın 12-si müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət, ulu öndər Heydər Əlirza oğlu Əliyevin vəfat etməsindən 7 il ötür. Respublikamızın hər yerində olduğu kimi Sumqayıt şəhər 9 saylı orta məktəbdə də dekabrın 9-da anım günü yüksək səviyyədə qeyd edildi. Tədbirdə məktəbin şagird və müəllim kollektivi iştirak edirdi.

Tədbirin təşkilati işlərində yaxından iştirak edən 9ç sinif şagirdləri Məmmədova Könül, Hüseynov Eşqin və Ələkbərov Şahin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun respublikamızda apardığı quruculuq işlərindən danışaraq, şəkil və video süjetlər göstərdilər. Çıxışda göstərildi ki, Azərbaycanın xoşbəxt gələcəyi naminə misilsiz, heç nə ilə müqayisə olunmaz dərəcədə işlər görən Heydər Əliyev ömrünün qalan hissəsini müstəqilliyin möhkəmlənməsinə və əbədi olmasına həsr etmişdir.

Mərhum prezident Heydər Əliyev 16 dəfə Sumqayıta səfər etməsinə baxmayaraq, təkcə 2003-cü il 3 aprel səfəri ilə Sumqayıtı sumqayıtlılara qaytarmışdı.

Rəsmi hissədən sonra söz məktəbin şagird təşkilatına verildi. Burada rəngarəng şeirlər və mahnılarla ulu öndəri böyük sevgi ilə xatırladılar.

Tədbirdə iştirak edən məktəbin direktoru Kamilova Sevil və direktor müavini Bayramov Faiq şagirdlərin hazırladıqları tədbiri yüksək qiymətləndirmiş və onlara uğurlar arzulamışılar.

Ümummilli lider Heydər ƏLiyev Azərbaycan xalqına uca tanrı tərəfindən bəxş edilmiş töhfə payıdır. Məktəb şagird təşkilatı dünya siyasətində Günəş seçilən böyük şəxsiyyətə hörmət və ehtiram bəsləyir və bütün gəncləri onun nümunəsində tərbiyə olunmağa çağırdı.
Oxunulub: 1736 | Əlavə etdi: Nurlan_Baba-Zadə | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 1
1 Aytac  
0
Qeztde cixan mekteb haqqinda xeberleri niye sayta qoymursunuz???
Qezetl'rin her neshrinde boy-boy sekiller ve yeni xeberler var onlardan bir-ikisini sayta qoyarsiz.
Birde Səmayə müəllimə və şagirdləri yəni 8b sinifi haqqda yazin.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2011  »
B.B.e.Ç.a.Ç.C.a.C.Ş.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Xəbər arxivi
Dost saytlar
  • Black Garden

  • Bütün hüquqlar qorunur © 2024