2009-2010-ci ildə 11-ci sinfi bitirən məzunlarımızdan 43 nəfəri bu il ali məktəbə sənəd vermişdi. Onlardan 20-i yəni 47.5 faizi qəbul olmuşdur. Bu isə məktəbimizdə bu il qəbul olanların təxminən yarısı deməkdir.
Bu yüksək nəticədir. Qəbul olanlardan ən yüksək nəticəni Həsənov İlkin Ramazan oğlu göstərmiş və Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur. O, 587 balla qəbul olanların hamısını üstələyib. Biz də öz adımızdan və bütün məktəb kollektivi adından bütün qəbul olan məzunlarımızı təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayırıq...